Azərbaycanda cinsi yolla İİV-ə yoluxanların sayı artıb

OXUNUB: 1052 SOSİAL
"1987-ci ildən bu günə kimi Azərbaycanda İİV-ə yoluxan insanların sayı 6293 nəfər olub. Bu ilin birinci rübünün sonuna olan statistikaya görə isə 108 nəfər İİV-ə yoluxan şəxs qeydə alınıb”.

İcmal.Az-ın report-a istinadən verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

Onun sözlərinə görə, bu ilin üç ayında İİV-ə yoluxan 108 nəfərdən 107-si Azərbaycan vətəndaşıdır:

"İİV-ə yoluxma hallarının 46 faizini inyeksion narkotik istifadəçiləri təşkil edir. Cinsi yolla yoluxan xəstələrin sayı da artıb. İİV-ə yoluxanların 73 faizi kişilər, 27 faizi qadınlardır”.

O bildirib ki, hazırda Azərbaycanda İİV-lə yoluxanların sayı 2629 nəfərdir. Bu xəstəlikdən 828 nəfər vəfat edib.
 
İcmal.Az

RƏYLƏR