Azərbaycanda daha iki sığorta agentliyi ləğv olunur

OXUNUB: 793 İQTİSADİYYAT

Azərbaycanda daha 2 sığorta agentliyi – "Atəşgah Sığorta Agentliyi” MMC və "Lider Sığorta Agentliyi” MMC ləğv olunur.

İcmal.Az "Vergilər” qəzetinə istinadən xəbər verir ki, "Atəşgah Sığorta Agentliyi” ləğv olunduğu üçün kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov ŞTQ, Neftçilər (Bakıxanov qəsəbəsi), ev 29, mənzil 1 ünvanına bildirə bilərlər. "Lider Sığorta Agentliyi”nin kreditorları isə tələbləri ilə bağlı 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, ev 8, mənzil 3 ünvanına müraciət etməlidirlər. 

İcmal.Az

RƏYLƏR