Azərbaycanda dəftərin üzərində BİABIRÇI SƏHV: Sən demə, Nəsrəddin Tusi "dramaturq" imiş… - FOTOFAKT

OXUNUB: 815 SOSİAL
Azərbaycan məktəblilər üçün istehsal edilmiş dəftərlərin üzərində kobud səhvə yol verilib.
 
 "Oyal” şirkətinin istehsal etdiyi dəftərlərin üzərində Nəsrəddin Tusi dramaturq kimi göstərilib.

Dəftərin üzərində "Elm səbəb, əməl isə nəticədir” sözlərinin müəllifi Nəsrəddin Tusi dramaturq kimi təqdim edilməsi çox kobud səhvdir.
Görkəmli Azərbaycan filosofu, alimi və dövlət xadimi Nəsrəddin Tusini dramaturq kimi göstərən şirkət təmsilçiləri bunun mətbəə xətası olduğunu deyə bilərlər. Amma bu cavab heç bir halda belə kobud səhvə bəraət qazandıra bilməz. Bu dəftərlərdən istifadə edən Nəsrəddin Tusi barədə məlumatı olan yuxarı sinif şagirdlərinin arasında bu məsələ ironiya mövzusu olacaq.

Başqa bir yandan, bu səhv kiçyaşlı məktəblilərin təsəvvürndə yanlış bilgilirən yer almasına səbəb ola bilər. Yaddaşında Nəsrəddin Tusini dramaturq kimi saxlayan məktəbli doğru məlumatla qarşılaşdıqda şübhələrə düşə bilər./avropa.info

Azərbaycanda dəftərin üzərində BİABIRÇI SƏHV: Sən demə, Nəsrəddin Tusi
İcmal.Az

RƏYLƏR