Azərbaycanda dəhşətli hadisə: universitet müəllimi özünü yandırdı

OXUNUB: 1400 HADİSƏ
Faktla bağlı araşdırma aparılır.

Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.
 
İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.
 
Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.
 
Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR