Azərbaycanda dollar 5 manat olacaq? - Açıqlama

OXUNUB: 2142 İQTİSADİYYAT
"Manatın məzənnəsinin formalaşmasında 90% mənbə neft gəlirləridir. Neftin qiyməti hazırda 70 ABŞ dolları ətrafındadır. Bu Azərbaycan üçün kifayət qədər ciddi göstəricidir. Çünki, dövlət büdcəsi və fizikal siyasət ABŞ dolları üzərində qurulub".

İcmal.Az xəbər verir ki, bu szləri sonxeber.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov mart ayında 1 ABŞ dollarının 4-5 manata qədər bahalaşacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, neftin qiymətində ciddi dəyişikliklər baş verməsə bu zaman biz tədiyyə balansında əhəmiyyətli artımlar müşahidə edəcəyik:

"Valyuta ehtiyatlarının həcmində artımlar baş verəcək. Bunun nəticəsində demək olar ki, manatın məzənnəsi üçün ciddi risklər gözlənilmir. Dövlət büdcəsinə Dövlət Neft Fondundan transferlərin həcmi 3 milyard manatdan artıq artırılıb. Neft Fondu 2018-ci il ərzində valyuta bazarlarında daha çox valyuta təklif edəcək. İstənilən halda 2018 ci il Azərbaycanda seçki ilidir. Bu il ərzində hökumət sosial partlayışa səbəb olacaq formada məzənnə siyasəti həyata keçirməyəcək. Bundan əlavə Maliyyə Nazirliyi, Mərkəzi Bank tərəfindən verilən açıqlamalardan məlum olur ki, manatın məzənnəsinə möhkəmlənən istiqamətdə təzyiq var. Hökumət bilərəkdən manatın möhkəmlənməsinin qarşısını alır. İndiki vaxta dolların 4 yaxud 5 manata qədər bahalaşması ilə bağlı yayılan məlumatlar heç bir həqiqəti əks etdirmir".

İqtisadçı qeyd edib ki, dünya bazarlarında neftin qiyməti ilə bağlı proqnozlar müsbətdir. Bəzi şirkətlər bu il ərzində neftin qiymətini 80 dollara qədər bahalaşacağını proqnozlaşdırıb. Bu şəraitdə faktiki olaraq ciddi bahalaşma üçün səbəb yaratmır. 1 dolların 5 manat olacağı ilə bağlı iddialar ciddi qəbul edilmir. Bir ABŞ dollarının 5 manat olması mümkün deyil. İndiki halda manat kütləsi məhduddur. Bütün vəsaitlər dollarlaşıb. Bahalaşmanı tətikləyəcək bazardan tələb olmalıdır. İnsanlarda isə pul qalmayıb. Kimlərinsə böyük yığımları yoxdur. Belə bir bahalaşma olacağının heç bir əsası yoxdur.
 
İcmal.Az

RƏYLƏR