Azərbaycanda ən az yaşda abort etdirən qızlar - 3 min manat cərimə...

OXUNUB: 915 SOSİAL

"Daha çox abortlar 25-30 yaş qadınlar arasında baş tutur”.

Bunu Metbuat.az-a açıqlamasında Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib: "İlk hamiləlikdə abort etdirən qadınların sayı çox azdır. Yaş artdıqca abortların sayı da azalır. Bu qadının fiziologiyasından asılıdır. Qadının yaşı artdıqca onun hamilə qalma fertiliyi aşağı enir və nəticədə aborta müraciət də azalır. Daha çox abortlar 25-30 yaş qadınlar arasında baş tutur”.

Qanunsuz abort edən həkimlər cəzalandırılır

Məcəllənin 141-ci (Qanunsuz abort etmə) maddəsinə təklif olunan dəyişikliklərə görə həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə, cərimə 500 manatdan 1000 manatadək, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək, bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda isə 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilir. Hazırki Məcəllədə isə eyni əməllərə görə cərimələr müvafiq olaraq 200 manatadək, 300 manatadək və 300 manatdan 500 manatadək məbləğdə müəyyən edilib.

Nə zaman aborta icazə verilir?

Baş mama-ginekoloq Sevinc Məmmədova deyib: "Azərbaycanda hamiləliyin 12 həftəsinədək aborta icazə verilir. 12 həftədən sonra isə abort üçün mütləq tibbi göstəriş olmalıdır. Hamiləliyin 6-7 həftəsində mini abortların qadın məsləhətxanalarında aparılmasına icazə verilir. 8 həftədən sonra döldə sümükləşmə olduğundan abortda qanaxma təhlükəsi yaranır. Ona görə də, həmin vaxtdan etibarən abortların ancaq stasionarda aparılmasına icazə var. Hazırda tibb müəssisələrində hamiləliyin dərmanla pozulması üsulu ilə aborta icazə verilmir. Əgər döl ana bətnində inkişafdan qalıbsa, inkişafı tam dayanıbsa, aborta icazə verilir. Bu məsələdə ananın da səhhəti əsas götürülür.

İcmal.Az

RƏYLƏR