Azərbaycanda faciə: 6 yaşlı uşaq poliklinikada öldü – VİDEO

OXUNUB: 800 SOSİAL HADİSƏ

Bərdə rayonunda 6 yaşlı uşaq xəstəxanada ölüb.

İcmal.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Uşaq poliklinikasında baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü Sənan Elvin oğlu Vəlizadə yüksək hərarətlə poliklinikaya çatdırılıb.

Onun valideynləri uşağın ölümündə həkimləri ittiham edərək, poliklinikadan şikayət ediblər.

Poliklinikadan bildirilib ki, uşağın ölümündə həkimlərin günahı olmayıb: "Uşaq yüksək hərarətlə və ağır vəziyyətdə poliklinikaya gətirilib. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərilib, zəruri tibbi müdaxilələr edilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb”.

Uşağın ölümü ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 
İcmal.Az

RƏYLƏR