"Azərbaycanda fəaliyyət göstərən Rusiya QHT-lərinin fəaliyyəti yoxlanılmalıdır"

OXUNUB: 997 SİYASƏT
Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi hər kəsi narahat edir. Azərbaycanın qonşu dövlətlər münasibətləri həmişə yaxşı olub. Buna baxmayaq Rusiyada bəzi dövlət məmurları öz maraqlarını üstün tutaraq bu cür addımlar atır.
İcmal.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanda rus məktəbləri fəaliyyət göstərir: "Ermənistanda isə heç rus dilində bağça yoxdur. Biz beynəlxalq təşkilatların Rusiyaya qarşı mövqeyi fərqli olanda da həmişə neytrallığımızı qoruyuruq. Amma qarşı tərəf bunu nəzərə almır. Bununla bağlı Rusiya hökumətinə müraciət olunmalıdır. Bu cür addımlar münasibətlərin pisləşməsinə rəvac verir. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq müraciət edəcəm ki, Azərbaycanda fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatları fəaliyyəti yoxlanılsın, onlar hesabat versinlər".
 
İcmal.Az

RƏYLƏR