Azərbaycanda ögey atanın zorladığı uşaqların ifadələri – TƏFƏRRÜAT

OXUNUB: 723 HADİSƏ

Şəkidə 3 azyaşlı uşağı zorlayan şəxsin dəhşətli və tükürpərdən cinayət əməli barədə məlumat vermişdik. 3 azyaşlı uşağı uzun illlərdir ki, zorlayan şəxs onların ögey atası idi.

İcmal.Az-ın məlumatına görə, musavat.com bu dəhşətli cinayət əməlinin yeni təfərrüatlarını əldə edib. 

Azyaşlılara qarşı iyrənc əməlləri törədən 1973-cü ildə Şəki şəhərində anadan olan Nurəli Səlimovun cinayət işinə qapalı məhkəmə iclasında, Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

3 ögey uşağını zorlayıb…

N.Səlimov aşkar surətdə on dörd yaşına çatmayan uşaqlara qarşı seksual xarakterli hərəkətlərdə təqsirli bilinib. İttihama görə, N.Səlimov ilk olaraq əvvəllər qeyri-rəsmi münasibətdə olduğu və birlikdə yaşadığı Zərifə Quliyevanın (ad və soy ad şərtidir) 1999-cu ildə anadan olmuş qızını 6 ilə yaxın zorlayıb.

44 yaşlı N.Səlimov Z.Quliyevadan ayrıldıqdan sonra Ramilə Qasımova (ad və soy ad şərtidir) ilə ailə qurub. N.Səlimov yeni ailə həyatı qurduqdan sonra da çirkin əməllərini davam etdirib. O, bu dəfə rəsmi ailə qurduğu R.Qasımovanın iki azyaşlı uşağına qarşı da seksual xarakterli hərəkətlər edib. N.Səlimov 7 yaşlı ögey oğlunu və 8 yaşlı ögey qızını da (Ramilə Qasımovanın birinci nigahdan olan övladları) zorlayıb. Ögey ata hər iki azyaşlıya qarşı 2014-2016-cı illər ərzində dəfələrlə seksual xarakterli hərəkətlər edib.

Ögey ata "günahsızam” deyir…

Amma N.Səlimov ona qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmır. Onun sözlərinə görə, azyaşlı uşaqlar analarının təzyiqi ilə ona qarşı ifadə veriblər. O, uşaqların heç birini zorlamadığını bildirir.

Dəhşətli cinayət əməlləri ilə bağlı azyaşlılar və onların anaları da məhkəmədə ifadə verib.

"İlk dəfə 7 yaşım olanda Nurəli mənə sataşıb”

Məhkəmədə Zərifə Quliyevanın 6 il seksual təcavüzə məruz qalmış, hazırda 18 yaşında olan qızı ifadə verib: "Anam işdə olduğu vaxt Nurəli mənə iyrənc hərəkətlər etdi. Nurəlinin bu hərəkətləri barədə anama dedim. Onlar dalaşdılar. Anam bir dəfə fermada Nurəlinin mənə qarşı iyrənc hərəkətlər etdiyini gördü. İlk dəfə 7 yaşım olanda Nurəli mənə sataşıb. Evdə heç kim olmayanda içkili vəziyyətdə məni zorlayıb. Qışqırıb ağlayanda məni hədələdi, şillə ilə vurdu. Sonra anamla Nurəli ayrıldı. Nurəlinin ikinci arvadının yanında qalanda da eyni hərəkətlərə məruz qaldım. Bu barədə ögey anama da dedim. O da Nurəli ilə dalaşdı. Nurəli deyirdi ki, mən ona şər atıram”.

Nurəlinin ikinci dəfə rəsmi nigaha girdiyi Ramilə Qasımovanın azyaşlı övladları da məhkəmədə zərərçəkmiş kimi ifadə verib.

7 yaşlı oğlan uşağına qarşı…

R.Qasımovanın 7 yaşlı oğlu ifadəsində bildirib ki, 2013-2016-cı illər ərzində ögey atası Nurəli tərəfindən dəfələrlə zorlanıb. O, böyük və kiçik bacılarının da Nurəli tərəfindən zorlandığını, lakin qorxduqları üçün heç kimə deyə bilmədiklərini söyləyib.

Nurəlinin iyrənc hərəkətlərinin qurbanı olan R.Qasımovanın 8 yaşlı qızı da eyni məzmunlu ifadə verib. O deyib ki, ilk dəfə 2014-cü ilin payızında, 7 yaşı olanda ögey atası tərəfindən zorlanıb. Həmin gün anası 2 azyaşlı qardaşına baxmaq üçün onu evdə qoyub. Bir müddət sonra Nurəli tək evə gəlib. Həmin vaxt o, 2 yaşlı qardaşına yemək hazırlayırmış. Nurəli azyaşlının köməksiz vəziyyətindən istifadə edərək onu zorlayıb.

8 yaşlı qız bu barədə anasına danışıb. Anası da həmin gün Nurəliyə acıqlanıb və mübahisə ediblər. Nurəli isə anasına uşağın ona şər atdığını deyib.

"Deyirdi ki, desən, başını kəsəcəm…”

Bundan onra Nurəli öz iyrəncə əməllərini 2 ilə yaxın davam etdirib. Nurəli tərəfindən dəfələrlə zorlandığını deyən azyaşlı ögey atası tərəfindən hədələndiyini də bildirib: "Deyirdi ki, bu barədə kiməsə desəm, başımı kəsəcək. O, qardaşıma, digər bacıma qarşı da eyni hərəkətləri edib. Bir dəfə qardaşımı evə salıb qapını bağlamışdı. Qardaşım anama dedi ki, Nurəli ona qarşı pis hərəkətlər edir. Anamla Nurəli növbəti dəfə dalaşdı. Amma Nurəli deyirdi ki, uşaqlar ona şər atır”.

Məhkəmədə azyaşlıların anaları da ifadə veriblər. Onlar uşaqlarının Nurəli tərəfindən zorakılığa məruz qaldığını və buna görə də polisə müraciət etdiklərini deyiblər. Onlar Nurəliyə ağır cəza verilməsini tələb ediblər.

N.Səlimov 21 may 2016-cı ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin istehlakı) maddələri ilə təqsirləndirilərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Nurəli cəzasından narazı qalıb…

Aldığı 14 il 6 aylıq cəzadan narazı qalan Nurəli apellyasiya şikayəti verib. Nurəli şikayətində bildirib ki, uşaqlara qarşı heç bir zorakılıq hərəkəti etməyib. Həmçinin narkotik vasitə istifadəçisi olmayıb. Nurəli Səlimov uşaqların anaları tərəfindən öyrədildiyini və ona qarşı ifadə verdiyini bildirib.

N.Səlimovun apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə N.Səlimovun şikayətini təmin etməyib və 14 il 6 aylıq cəzanı qüvvədə saxlayıb.

Qeyd edək ki, məhkəmədə cinayət işi materiallarında ekspertiza rəyləri yer alıb. Ekspertiza 3 azyaşlı uşağın Nurəli tərəfindən zorlanması barədə rəy verib.

RƏYLƏR