Azərbaycanda görünməmiş VƏHŞİLİK! Öz bibisini ölümcül vəziyyətə saldı, sonra... - FOTO

OXUNUB: 859 HADİSƏ

Hadisə mal-qara üstündə olub.

Masallıda gənc mal-qara üstündə öz doğma bibisini vəhşicəsinə döyüb. Hadisə rayonun Qızılağac kəndində baş verib.

37 yaşlı kənd sakini Rəna Dadaşova öz qardaşı oğlu Adil Dadaşov tərəfindən döyülüb. Hadisəyə səbəb isə Adilin öz fermasında bir müddətdir ki, saxladığı mal-qaranı geri qaytarmaq istəməməsi olub. Belə ki, zərərçəkən Rəna Dadaşovanın sözlərinə görə, o, evdə xəstə olan anası 80 yaşlı Əzizə Dadaşovaya baxdığı üçün həyətlərindəki heyvanları saxlaya bilmirmiş. Buna görə heyvanları qardaşı oğlu Adilin fermasına yerləşdiriblər. Lakin Adil bundan sui-istifadə edərək mal-qaranı mənimsəyib və geri qaytarmaqdan imtina edib. Artıq məsələ ilə bağlı polisə müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bibisini döyən Arif Dadaşov bir müddət əvvəl yenicə ailə qurduğu öz həyat yoldaşını da vəhşicəsinə döyərək ona müxtəlif bədən xəsarətləri də yetirib.//istipress

Azərbaycanda görünməmiş VƏHŞİLİK! Öz bibisini ölümcül vəziyyətə saldı, sonra... - FOTOAzərbaycanda görünməmiş VƏHŞİLİK! Öz bibisini ölümcül vəziyyətə saldı, sonra... - FOTO

İcmal.Az

RƏYLƏR