Azərbaycanda hər kəs yeni doğulan bu uşaqdan danışır

OXUNUB: 986 SOSİAL HADİSƏ

Azərbaycanda qəribə tibbi anomaliya ilə uşaq doğulub. Büzdüm sümüyünün anadangəlmə böyük həcmli teratoması (coccugeal teratoma) ilə doğulan uşaq əməliyyat olunub, ondan 5 kiloqramlıq artıq şiş – teratoma çıxarılıb.

Əməliyyatı icra edən uşaq cərrahı, Tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov Medicina.az-a deyib ki, keysəriyyə üsulu ilə doğulmuş körpənin çəkisi 8 kiloqram olub. Cərrrahın sözlərinə görə, törəmə hələ ana bətnində ikən görülüb, müşahidə olunmuşdu: "Uşaq keysəriyyə üsulu ilə doğulub və ümumi çəkisi 8 kiloqram idi. Bu anomaliya büzdüm sümüyü hüceyrələrinin miqrasiyasının pozğunluğu nəticəsində yaranır. Teratomanın tərkibində maye, tük, sümük, sərt toxuma olur. Bu xəstələr tez bir zamanda əməliyyat olunmalıdır. Əks-təqdirdə ölür. Əməliyyat zamanı 5 kiloqram çəkidə böyük şiş götürüldü. Arxa hissə və anus bərpa olundu".

 

Toğrul Ömərov qeyd edib ki, teratoma büzdüm sümüyünün altında düz bağırsağa çox yaxın yerləşirmiş: "Çətin yerləşməsinə baxmayaraq, sinirlər və düz bağırsaq qorundu. Hazırda körpənin sidik və nəcis ifrazı normaldır, yaşıdlarından fərqlənmir".

Həkim bildirib ki, hazırda uşağın vəziyyəti normaldır.
Azərbaycanda hər kəs yeni doğulan bu uşaqdan danışırAzərbaycanda hər kəs yeni doğulan bu uşaqdan danışırAzərbaycanda hər kəs yeni doğulan bu uşaqdan danışırAzərbaycanda hər kəs yeni doğulan bu uşaqdan danışır

İcmal.Az

RƏYLƏR