Azərbaycanda icra hakimiyyətinin binası qarət edilib

OXUNUB: 743 HADİSƏ

Ağdaş Rayon İcra Hakimiyyətinin inzibati binasından oğurluq edilib.

İcmal.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 İcmal.Az


RƏYLƏR