Azərbaycanda işçi vəzifəli şəxslər tərəfindən amansızlıqla döyüldü- FOTOLAR

OXUNUB: 956 HADİSƏ

Onun vəzifəli şəxslər tərəfindən döyüldüyü ehtimal edilir

Qusarda meşə təsərrrüfatı işçisi vəhşicəsinə döyülüb.

 

Hadisə oktyabrın 13-ü axşam saatlarında Qusar meşə mühafizəsi və bərpası müəssisəsinin ərazisində qeydə alınıb. Qubanın Kürkün kəndindən olan meşə gözətçisi, 41 yaşlı Səbuhi Abdullayev üz-baş nahiyəsinin müxtəlif xəsarətləri ilə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanadan aldığımız məlumata görə, Səbuhi Abdulllayev xəstəxanaya gətiriləndə 2-3 nəfər tərəfindən döyülməsini deyib. Rayon mərkəzi xəstəxanasında meşə gözətçisinə qapalı kəllə-beyin travması, burun sümüklərinin yerdəyişmə ilə sınığı və burun qanaxması diaqnozu qoyulub.

Səbuhi Abdullayev ilk tibbi yardımdan sonra o reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır, hazırda həkimlərin nəzarəti altında müalicə olunur.

Qusar meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Elnur Abdullayev isə hadisə ilə əlaqədar gün ərzində müfəssəl məlumat verəcəyini bildirib. Qusar polis şöbəsindən isə faktla bağlı araşdırma getdiyi bildirilib. O da deyilib ki, meşə gözətçisi Səbuhi Abdullayev meşədə atdan yıxılıb, xəsarət alıb. Meşə gözətçisinin vəzifəli şəxslər tərəfindən döyüldüyü ehtimal edilir. Bütün bunlara aparılan istintaq aydınlıq gətirəcək./istipress
Azərbaycanda işçi vəzifəli şəxslər tərəfindən amansızlıqla döyüldü- FOTOLARAzərbaycanda işçi vəzifəli şəxslər tərəfindən amansızlıqla döyüldü- FOTOLARİcmal.Az

RƏYLƏR