“Azərbaycanda işə götürülərkən cinsi oriyentasiya soruşulmur”

OXUNUB: 753 SOSİAL

"Azərbaycanda iş məsələsində cinsi azlıqlarlarla bağlı hər hansı məhdudiyyət yoxdur”.

İcmal.Az "Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.

"Azərbaycan qanunvericiliyində cinsi azlıqlar üçün hər hansı bir məhdudiyyət yoxdur və işə götürülərkən cinsi oriyentasiya soruşulmur. Yəni, qanunda belə bir məhdudiyyət yoxdur. Hər bir şəxsin hansı cinsə məxsus olmasından asılı olmayaraq istədiyi vəzifəni tutmaq hüququ var. O, özü bildirməyənə qədər heç kim bilməyəcək ki, onun cinsi nədir”, - deyə, nazir əlavə edib.

İcmal.Az

RƏYLƏR