Azərbaycanda işləyən xaricilərin sayı açıqlandı

OXUNUB: 694 İQTİSADİYYAT

2017-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş, müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6602 nəfər təşkil edib.

İcmal.Az xəbər verir ki, onlardan 38,1 faizi mədənçıxarma sənayesində, 30,3 faizi tikintidə, 9,0 faizi emal sənayesində, 4,5 faizi təhsildə, 3,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 15,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olublar.

2017-ci ildə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 153,5 saat olub.

İcmal.Az

RƏYLƏR