Azərbaycanda kafedra müdiri vəfat etdi

OXUNUB: 799 SOSİAL

Sumqayıt Dövlət Universitetinin (SDU) Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, professor Həmid Alıyev vəfat edib.

H.Alıyev 64 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Alıyev Həmid Alıhüseyn oğlu 1953-cü il dekabrın 6-da Zərdab rayonun Şahhüseynli kəndində anadan olub. 1975-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) "Tarix” fakültəsinə daxil olub və 1981-ci ildə təhsilini başa vurub.

2014-cü il 1 fevral tarixində doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Prof.H.A.Alıyev 80-dən artıq elmi məqalə, o cümlədən 4 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifidir. Bu ildən Tarix və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsini icra edib.

Ailəli idi, dörd övladı var./report

 

İCMAL.AZ


RƏYLƏR