Azərbaycanda kompüter istehsalı artıb

OXUNUB: 26 İQTİSADİYYAT

Bu ilin əvvəlindən kompüter və elektron məhsullarının, eləcə də, elektrik avadanlıqlarının istehsalı sahələrində 75,2 milyon manatlıq məhsul istehsal olunub.

İcmal.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 72,1 faiz artıb. 

Xatırladaq ki, cari ilin dörd ayında kompüter və elektron məhsullarının istehsalı 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 dəfə artım nümayiş etdirmişdi.

İcmal.Az

RƏYLƏR