Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır - Daşqın QƏNBƏROV yazır

OXUNUB: 376 index-manşet TƏHLİL

Azərbaycanda korrupsiya və rüşvətxorluq ilə mübarizə kompleks şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq dünyanın bütün dövlətlərində mövcuddur. Tədqiqatlar onu deməyə əsas verir ki, korrupsiyaya və rüşvətxorluq az inkişaf etmiş, inkişaf etməkdə olan dövlətlərdə daha geniş yayılıb, pramida şəbəkəsi formasında təzahür edir.. İnkişaf etmiş ölkələrdə bu problemə nisbətən az təsadüf edilir. Bütün beynəlxalq təşilatıar korrupsiya və rüşvətxorluğu milli dövlətlərin inkişafını əngəlləyən ən başlıca səbəblərindən hesab edirlər.

Nümunə olaraq Nigeriyani qeyd edə bilərik ki, neft ixracına görə dünyada 7-ci yerə qədər yüksələ bilmiş, 1970-2000-ci illər arasında 100 mlrd dollarlarla ölçülən gəlir əldə etməsinə baxmayaraq, amma bu gün Nigeriya xalqının mütləq əksəriyyəti aclıq və səfalət içində yaşayır. Əlbəttə bu nümunədə korrupsiya və rüşvətxorluq ilə paralel gəlirlərin düzgün idarə olunmaması da rol oynayıb. Analoji olaraq öz respublikamıza nəzər salsaq həm milli gəlirlərin yüksək peşəkarlıq və şəffaflıq şəraitində idarə olunduğunu həm də, korrupsiya və rüşvətxorluq ilə isə kompleks mübarizə tədbirləri həyata keçirildiyini görürük.

Respublikamızda həyata keçrilən tədbirlər sırasında birinci olaraq sistem təkmilləşmələrini, idarəçiliyin, vətəndaş – məmur ünsiyyətinin maximum məhdudlaşdırılması, elektron hökumətin yaradılmasını qeyd etmək olar. Elektron hökümət platforması üzərində reallaşdırılan xidmətlərə nümunə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin və s. mərkəzi icra hakimiyyəti orqanlarının vətəndaşlara təqdim etdiyi xidmətləri qeyd etmək olar. Nümunəmizi bir az daha konkləsdirsək deyə bilərik ki, vaxtı ilə ciddi korrupsiya obyekti olmuş tələbələrin universitetlərə köçürülməsi prosesi bu gün heç bir bürokratik müdaxilə olmadan, şəffaf, bəlli qaydalar ilə internet üzərindən reallaşır. Və ya, vaxtı ilə ünvanlı sosial yardım ilə bağlı proseslərin necə idarə olunduğu heç kəsə sirr deyildi, Lakin hazırda bu proses də yuxarıda qeyd etdiyim nümunə kimi, hər kəsə məlum şərtlər, qaydalar ilə, subyektiv diskriminasiyaya yol vermədən, vətəndaş – məmur təması olmadan sistem – proqram tərəfindən müəyyən edilir. Bu nümunələrin sayını xeyli artırmaq mümkündür.

İkinci istiqamət olaraq dünyada Azərbaycan brendi kimi tanınan və qəbul olunan ASAN Xidmət modelini göstərmək olar. ASAN Xidmət məmur vətəndaş ünsiyyətini yeni bir platformada təqdim edir. Vətəndaş məmnunluğu, şəffaflıq və operativlik ASAN Xidmətin əsas fəaliyyət prinsiplərindəndir. Bu xidmət nəticəsində biz cəmiyyətimizdə xeyli neqativlərin aradan qalxdığının şahidi olduq.

Üçüncü istiqamət kadr islahatlaridir. Bu yeniləşmə idarəetməyə yeni nəfəs gətirir. Mərkəzi və yerli icra strukturları bürokratik orqan obrazından çıxarılır, çevik, əlçatan və işgüzar bir orqana çevrilirlər. Bu isə vətəndaşların dövlətinə, hökümətinə inamını daha da artırır, vətəndaş – hakimiyyət münasibətilərində qarşılıqlı inam və etimad mühitini sıxlaşdırır.

Dördümcü istiqamət maarifləndirmə, vətəndaş cəmiyyəti institutlarının dəstəyini səfərbər etməklə təşkil olunub. Əlbətdə, müasir demokratik sivil cəmiyyəti QHT-lərsiz, ictimai təskilatlarsiz, KİV-lərsiz və s. birlik və qurumlarsız təsəvvür etmək mümkün deyil. Məhz bu institutunlarin və dövlət aparatının birgə işi ilə cəmiyyətdə neqativlərə qarşı daha səmərəli mübarizə aparmaq mümkündür ki, Azərbaycan höküməti bunu da edir.

Beşinci fəaliyyət istiqaməti respublikada qanunun aliliyinin təmin edilməsi oldu. Qanunlara əməl etməyənlərin, cənab Prezidentin sözləri ilə desək "özlərini qanunlardan üstün hesab edənlərin” qanun qarşısında məsuliyyətə cəlb edilməsi üçün əməli tədbirlər görülür. Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cənab prezident tərəfindən kordinasiyalı fəaliyyətinin nəticələri ortadadır. Hesab edirəm cənab prezident İlham Əliyev bu məsələ ilə bağlı mövqeyini açıq və konkret olaraq ifadə edib: "Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükəfatını da, cəzasını da öz əməlinə görə alacaq."

Yuxarıda sadaladığım ümumiləşdirilmiş istiqamətlərin bir birini tamaladığını, bütöv həlqənin bir hissəsini təşkil etdiyini də demək olar. Onu da etiraf etmək lazımdır ki, qeyd olunan istqamələr bir mərkəzdən bəhrələnməsydi, qətiyyətli bir siyası iradədən dəstək almasaydı əlbətdə ki, nəticələr formal xarakterli olacaqdı. Lakin Azərbaycan Respublikasında yuxarıda sadalanan bütün işlərin bünövrəsində cənab prezident İlham Əliyevin baxışlarının, ideyalarının, siyası iradəsinin və qətiyyətinin dayandığını açıq şəkildə görmək olar.

Müdrik xalqımız korrupsiya və rüşvətxorluğun dövlətin inkişafıni əngəlləyən, onun beynəlxalq imicinə ciddi şəkildə xələl gətirən ağır bir problem olduğunu bilir və bu problemə qarşı qətiyyətli, dönməz, kompleks preventiv tədbirlər həyata keçirən cənab prezident İlham Əliyevin apardığı siyasəti yekdilliklə dəstəkləyir.

 

Daşqın QƏNBƏROV

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şüra Üzvü,

Hüquq üzrə fəsəfə doktoru, Dosent

RƏYLƏR