Azərbaycanda körpələrin daha çox yoluxduğu XƏSTƏLİKLƏR açıqlanıb

OXUNUB: 674 SOSİAL
"Qış mövsümü ilə əlaqədar Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəliyi geniş yayılıb".
Bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, virusların törətdiyi yoluxmaların törədicilərini aşkar edəndə bunun bir-iki virusun hesabına olmadığı müşahidə edilir: "Çünki burada müxtəlif viruslar olur. Bunlar da nəticə etibarilə uşaqlar arasında yuxarı tənəffüs yollarının iltihabını törədir. Ümumilikdə bu gün ölkədə virusun törətdiyi epidemiya yoxdur".

Baş pediatr qeyd edib ki, xəstəliklər arasında ilk sırada körpə doğulandan sonra müddətdə tənəffüs üzvlərinin xəstəliyi gəlir: "İkinci yerdə perinatal dövrdəki xəstəlik, sonrakı yerdə isə infeksion, anadangəlmə inkişaf qüsurları və digərləri gəlir".

Son illər əkiz, üçəm və çoxdöllü hamiləliyin sayında artım olduğunu deyən N.Quliyev vurğulayıb ki, bunun səbəbi süni mayalanma ilə əlaqədardır: "Ölkədə baş verən körpə ölümləri əsasən yenidoğulanlar və perinatal dövrlərdə müşahidə olunur"./big
İcmal.Az

RƏYLƏR