Azərbaycanda məhbus özünü asdı

OXUNUB: 814 HADİSƏ
Şəkidə məhbus intihar edib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əkrəm Fətəli oğlu Nəcəfov saxlandığı kamerada özünü asıb.
 
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
 
Ə. Nəcəfov 2015-ci ilin yanvarında xalasını oğlunu qətlə yetirib. O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
İcmal.Az

RƏYLƏR