Azərbaycanda müğənni qoyun sürüsünün altında qalaraq öldü

OXUNUB: 718 HADİSƏ

Göyçayda qoyun sürüsünün altında qalaraq ölən Səməndər Məmmədovun müğənni imiş.

 

İcmal.az-ın xəbərinə görə, S.Məmmədov uzun müddət Göyçayda müğənnilik edib.

 

Qeyd edək ki, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü S.Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb. Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 82 yaşlı şəxs orada vəfat edib.

RƏYLƏR