Azərbaycanda nazirliyin şöbə müdiri ağır qəzaya düşdü : 1 ölü, 3 yaralı

OXUNUB: 17 HADİSƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri ağır qəzaya düşüb.

İcmal.Az xəbər verir ki, bu gün Ələt – Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində "Prado” markalı avtomibilin təkəri partlayıb.

Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun da olduğui maşın yoldan çıxaraq mühafizə səddinə dəyib. 

Nəticədə H. İmanovun qaynı Tahirli Cavid dünyasının dəyişib. Şöbə müdirinin özü isə yaralanıb.

Həmçinin 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun bir yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. (Yeni Sabah)
 
 
İcmal.Az

RƏYLƏR