Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı - RƏSMİ

OXUNUB: 473 İQTİSADİYYAT
"Azərbaycanda orta aylıq əmək haqqı təxminən 710 manatdır. Minimum pensiya məbləği isə 200 AZN-dir”.

Valyuta.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti və Fərdi Uçota Nəzarət Şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə bildirib.

O əlavə edib ki, təxminən 5-10 il sonra insanların pensiya sisteminə daxil olma şərtləri asanlaşacaq və daha yüksək məbləğdə pensiya almaq üçün imkan yaranacaq.

RƏYLƏR