Azərbaycanda payızlıq əkinlər üçün şum prosesinin 70,6 faizi yekunlaşıb

OXUNUB: 545 İQTİSADİYYAT

Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb

Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Sentyabrın 30-dək 739595 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 426680 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 70,6 faizi şumlanıb. 

Ümumilikdə şum prosesinə 2355 traktor cəlb olunub. Ağcabədi, Qobustan və Salyan rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb, Füzuli (99%), Xocavənd (93,5%), Bərdə (94,3%), Oğuz (96%), Kürdəmir (94,7%), İmişli (91,8%), Ağstafa (95%) və Yevlax (95,8%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Bugünədək ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb.  

İcmal.Az

RƏYLƏR