Azərbaycanda pornoqrafik videoları satan şəxlər saxlanılıb -FOTO

OXUNUB: 734 HADİSƏ

Cəlilabad rayonunda pornoqrafik videoçarxların satışı ilə məşğul olan şəxslər saxlanılıb.

İcmal.Az report.az-a istinadən bildirir ki, rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında keçirlən əməliyyat zamanı şəhərin Təbriz küçəsində yerləşən internet klubun işçiləri - Cavid Ağakərim oğlu Nəzərov və Hamil Rasim oğlu Xəlilov şübhəli şəxs qismində saxlanılıblar.

Məlum olub ki, onlar çalışdıqları yerdə internet vasitəsilə əldə etdikləri pornoqrafik videogörüntüləri yaddaş kartına köçürərək müxtəlif yaş həddindən olan azyaşlılara və gənclərə satıblar. Hər iki şəxs bu yollla əldə etdikləri pulları öz aralarında bölüb.

 

Saxlanılanlar törətdikləri əməli etiraf ediblər.

İcmal.Az

Cəlilabadda azyaşlılara əxlaqsız videoları satan şəxlər saxlanıldı


RƏYLƏR