Azərbaycanda qadın mağazadan konserva oğurladı, kameraya düşdü (VİDEO)

OXUNUB: 869 HADİSƏ
Qadın mağazadan oğurluq edib. Qax rayonundakı oğurluq anı isə təhlükəsizlik kamerasına düşüb.

Marketə daxil olaraq oradan oğurluq edir. Ancaq, kassaya yaxınlaşdıqda oğurluq etdikləri məhsulları gizlədib ,digər götürdüyü məhsulları göstərir. Beləcə mağaza sahibinə oğurluq etməklə ziyan vurur.

Hadisə bir neçə gün əvvəl Qax şəhəri Üzeyr Hacıbəyov küçəsi 14 ünvanında Mahir Bayramlıya məxsus marketdə baş verib.Bütün olanlar marketdə quraşdırılmış təhlükəsizlik kamerasına düşüb.

"XəzərXəbər”in votsapp nömrəsinə göndərilən kadrlardan da aydın olur ki, oğurluq etdiyi iddia edilən şəxs qadındır və o marketdən götürdüyü məhsullardan bəzilərini qara çantasına yığır.Market sahibinin sözlərinə görə,qadın oradan yağ,kanserva məhsulları və şirniyyat oğurlayıb.Ancaq kassaya yaxınlaşdıqda sadəcə qənd və şirniyyatı göstərərək onun pulunu ödəyib.Digər məhsulları isə çantasında marketdən çıxardıb.

Ümumilikdə market sahibinə 60-70 manat arasında ziyan dəyib.Mağaza sahibi polisə şikayyət edib.Faktla bağlı araşdırma aparılır. 
 
İcmal.Az

RƏYLƏR