Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası mükafata layiq görülüb

OXUNUB: 617 SOSİAL

Dekabrın 28-də rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə "Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı - 2018” tədbiri keçirilib.

Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev ölkə başçısının rəhbərliyi ilə sistemli və ardıcıl islahatların 2018-ci ildə də davam etdirildiyini, bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu olduğunu, iqtisadiyyatda müsbət nəticələrin əldə olunduğunu, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft istehsalının və ixracının stimullaşdırılması və digər tədbirlər nəticəsində Azərbaycanın iqtisadi potensialının daha da artdığını qeyd edib.

Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dövlət başçısının sərəncamları ilə ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılmasına, beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılmasına, iqtisadi inkişafa verdikləri töhfəyə və səmərəli fəaliyyətlərinə görə təltif olunan 24 şəxsə medalları və fəxri adların vəsiqələrini, müxtəlif nominasiyalar üzrə seçilmiş 22 sahibkara İqtisadiyyat Nazirliyi tərəfindən verilən mükafatları təqdim ediblər.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da həmin tədbirdə ölkədə  Qadın Sahibkarlığına dəstək olmasına görə mükafata layiq görülüb.

 

 

İcmal.Az

RƏYLƏR