Azərbaycanda qasırğa böyük ziyan vurdu - VİDEO

OXUNUB: 853 HADİSƏ
Daşkəsəndə güclü külək ciddi fəsadlar yaradıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, qasırğa nəticəsində bina və evlərə, o cümlədən yaşayış və inzibati binaların dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatına, minik avtomobillərinə ziyan dəyib.
 
 
10-dan artıq elektrik dirəyi, 300 paqonmetrdən artıq elektrik kabeli, 3 rabitə dirəyi, 100 paqonmetrdən artıq rabitə kabelinin də sıradan çıxdığı bildirilir. Həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Mərkəzi Rayon Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.
 
 
Faktlarla bağlı aidiyyəti qurumlara məlumat verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
İcmal.Az

RƏYLƏR