Azərbaycanda QƏRİBƏ HADİSƏ - Xəstənin ayağında taxta parçası tapıldı - FOTO

OXUNUB: 1051 Səhiyyə

ATU-nun Tədris Cərrahiyyə Klinikasında həkimlər daha bir uğurlu əməliyyat icra ediblər. Lakin ən maraqlısı odur ki, məhz ATU əməkdaşlarının sayəsində düz 63 il əvvəl xəstənin bədəninə girən yad cismi aşkarlamaq mümkün olub.

Bu maraqlı hal haqqında ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinin professor, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov məlumat verib.

Pofessor M.Kərimovun sözlərnə görə, xəstə 3 yaşında olarkən yanan təndirə düşüb, bədəni geniş və dərin yanıq travması alıb. Bundan sonra uşaq üzərində çoxsaylı cərrahi əməliyyatlar keçirilib və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Sonralar bu şəxs özü də həkim olub və insanların sağlamlığının keşiyində dayanıb.

"Lakin son 20 ildir ki, xəstəni sol baldırda olan və bugünə qədər sağalmayan trofiki xoralar ciddi narahat edirdi. Bununla əlaqədar müxtəlif ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, İranda dəfələrlə müalicə alıb, hətta xəstəxanalarda stasionar müalicə də alıb, amma effekti olmayıb - xora bağlanmayıb".

Nəhayət pasiyent ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinə müraciət edib. Professor, tibb elmləri doktoru Məhəmməd Kərimov müayinə zamanı ilk baxışda əhəmiyyətsiz görünən kiçik bir detala diqqət yetiib. Sonradan məhz bu detal xoranın bağlanmamasının sirrinin açılmasında həlledici rol oynayıb: "Bir-birinə yaxın yerləşmiş xoraların dibi eyni rəngdə, eyni xarakterdə olan, çox qalın ərplə örtülmüşdü. Biz bizdə şübhə oyatdı və sonrakı müayinələr zamanı bunun yad cisim olması qənaətinə gəldik".

 

Əməliyyat zamanı doğrudan da xoraların dibində yad cismin olması təsdiqlənib. Məlum olub ki, 63 il əvvəl - xəstə uşaq ikən yanan təndirə düşəndə onun ayağına batan taxta parçası (10+2sm) hələ də bədənində qalırmış.

Əməliyyatdan 1 həftə sonra müayinə zamanı xoraların təmizləndiyi, sağlam qranulyasion toxumanın inkişaf etiyi müşahidə olunub. Pasiyent isə dözülməz ağrılardan, ağrıkəsici qəbulundan və gündəlik sarğılardan xilas olub.

İcmal.Az

RƏYLƏR