Azərbaycanda rəis işdən azad olundu - FOTO

OXUNUB: 781 SOSİAL

Sumqayıtda məmur tutduğu vəzifə ilə vidalaşmalı olub.
 
İcmal.Az
 xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Rahim Mustafayev işdən azad olunub. Məmurun işdən çıxmasının səbəbləri məlum deyil. Hələlik onun yerinə təyinat olmayıb.

Məlumatı dəqiləşdirmək üçün Xeberle.com-un əməkdaşı  Rahim Mustafayevlə əlaqə saxlayıb. R. Mustafayev tutduğu vəzifəni tərk etdiyini təsdiq edib və  öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.
Qeyd edək R.Mustafayev əvvəllər Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru vəzifəsində çalışıb.

2015-ci ilin sonlarından isə Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi vəzifəsində işləyib.

İcmal.Az

RƏYLƏR