Azərbaycanda saxlanılan erməni diversantlardan biri hərbi əsir sayılmır – RƏSMİ

OXUNUB: 735 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

"Azərbaycanda saxlanılan 2 erməni diversantdan biri Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı var. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki o şəxs məhkəmənin qərarı ilə həbs olunub".

İcmal.Az Report-a " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, digər şəxs-Zaver Karapetyanla bağlı beynəlxalq təşkilatlarla müəyyən işlər görülür: "Hələlik həmin şəxs Azərbaycanda saxlanılır. Onun saxlanma şəraiti bütün beynəlxalq normalara və standartlara uyğundur. Beynəlxalq təşkilatlar istənilən vaxt ona baş çəkir. Azərbaycan hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir".

İcmal.Az

RƏYLƏR