Azərbaycanda sərnişin qatarı traktorla toqquşub, xəsarət alan var - FOTO - YENİLƏNİB

OXUNUB: 554 HADİSƏ

10:55

Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

İcmal.Az APA-ya istinadən bildirir ki, xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.

------------

08:36

Bərdədə sərnişin qatarı ilə traktorla toqquşub.

İcmal.Az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Xankəndi dəmiryol xəttinin rayonun Həsənqaya kəndində qeydə alınıb.

Qəza qatarın gəliş vaxtı zamanı traktorun qoşqusu ilə birlikdə dəmir yolu xəttini keçdiyi zaman baş verib. Nəticədə sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə "Belarus" markalı traktorla toqquşub. 

Hadisə zamanı traktorun sürücüsü hər iki ayağını itirib. Qeyd edək ki, sürücünün şəxsiyyəti hələlik məlum deyil. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. 

Sərnişinlər arasında xəsarət alanın olub-olmadığı məlum deyil. Hazırda qatar təhlükəsiz əraziyə çəkilib və onun yoluna davam etməsi üçün yeni elektrovozun ayrılacağı gözlənilir.

İcmal.Az

RƏYLƏR