Azərbaycanda sığortaya xərclənən pullar açıqlanıb

OXUNUB: 609 İQTİSADİYYAT

2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 mln. manat məbləğində sığorta haqları toplanıb.

İcmal.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, hesabat dövründə 60.3 mln. manat məbləğində sığorta ödənişi aparılıb.

Könüllü sığorta bazarı üzrə haqlar 157.1 mln. manat, ödənişlər isə 44.4 mln. manat təşkil edib. 

İcbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olub. 

2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81%-i  könüllü, 19%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

İcmal.Az

RƏYLƏR