Azərbaycanda tapılan qeyri-adi məxluq dünyanı şoka saldı – VİDEO

OXUNUB: 1260 SOSİAL

Azərbaycanda tapılan qeyri-adı canlı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 Bu barədə iyulun 27-də, İspaniyanın "La gran epoca” nəşri məlumat yayıb.

Qalın tükə malik canlının əlləri həm meymun, həm də insan əllərinə bənzəyir. Sifətdən də insana oxşayan məxluq qəribə səslə çıxarır.

Canlının boyu təxminən 60 sm-dir bədən quruluşu isə, meymun və insanın ortaq quruluşuna bənzəyir.

Videoda görünür ki, sakinlər onun boğazına ip bağlayıb evdə gəzdirirlər.

Nəşr qeyri-adi məxluqun "Bigfoot” (Qar adamı) nəslindən olmasını iddia edir.

Sosial şəbəkə istifadəçilərinin bəziləri onun "digər dünya”dan gəldiyini, bəziləri isə "mutant” olduğunu bildiriblər./oxu

İcmal.Az

RƏYLƏR