​Azərbaycanda üç nəfərin öldüyü dəhşətli ailə qəzasının görüntüləri yayıldı – VİDEO

OXUNUB: 902 HADİSƏ
Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

ARB TV xəbər verir ki, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. 

Nəticədə xəsarət alan sürücü, Tərtər rayon sakini, 30 yaşlı Fuad Aydınzadə xəstəxanada, onun anası Bənövşə Aydınzadə və 7 aylıq övladı isə hadisə yerində ölüblər. Fuad Aydınzadənin həyat yoldaşı və bacısı, 36 yaşlı Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
 

İcmal.Az

RƏYLƏR