Azərbaycanda uçot dərəcəsi endirilə bilər

OXUNUB: 1022 İQTİSADİYYAT

Azərbaycanda uçot dərəcəsi 12%-ə endirilə bilər.

İcmal.Az xəbər verir ki, bunu Banklar Assosasiyasının rəhbəri Zakir Nuriyev deyib.

O, qeyd edib ki, monitar situasiya birmənalı deyil: "Amma yaranmış müsbət meyillər uçot dərəcəsinin aşağı salınmasına şərait yaradır.

Z. Nuriyev bildirib ki, bankların konsolidasiya prosesi davam edəcək: "Konsolidasiya prosesləri bu günün prosesi deyil. Daim olacaq. Dünyanın ən böyük şirkətləri, bankları birləşir. Konsolidasiya prosesi qaçılmazdır. Ancaq konkret neçə bankın birləşəcəyini deyə bilmərəm”.

Banklar Assosiasiyasının rəhbəri əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən 10-a yaxın kommersiya bankının beynəlxalq standartlar üzrə məcmu kapitalı 50 mln. manatdan azdır.

"Yerli standartlara görə isə kapital problemi olan bankların sayı daha azdır”, - deyə Z.Nuriyev qeyd edib. 

İcmal.Az

RƏYLƏR