Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Yazılanlara görə, "Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Forumun məqsədi itlərin pulla döyüşlərini təşkil etməkdir. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklər iştirak edir. Narkotik tərkibli iynələr vurulan itlər bir-birləri ilə ölənədək döyüşdürülür. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Məğlub heyvanın başı kəsilərək cəsədi daha cavan itlərə yedirdilir. Bunu cavan itlərin qan iyini alaraq daha ağzın olması üçün edirlər. 

Forumun yaradıcıları və Azərbaycandakı bu ölümcül döyüşlərin təşkilatçılarının 5 nəfər olduğu bildirilir. Onlar Rüfət, Murad, Mətləb, Hüseyn və digəridir.

Maraqlıdır ki, dəfələrlə onlar barədə məlumatlar verilsə də hələ də forum ləğv edilməyib və onlar saxlanılmayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, bu barədə araşdırmalar aparılacaq. Döyüşlərin konkret keçirildiyi ünvan müəyyən olunacaq və təşkilatçılar tezliklə cəzalandırılacaq.