Azərbaycanda “Yalquzaq” adlı ilk kriminal-detektiv janrında bədii filmin çəkilişinə start verilib

OXUNUB: 1177 MƏDƏNİYYƏT


"Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq çəkilən kino gənclər arasında sağlam həyat tərzinin təbliği, milli-mənəvi dəyərlərimizi aşılmaq və yaradıcı-intellektual gənclərin aşkarlanması və dəstəklənməsi məqsədi daşıyır.

Film "Gənclərin Töhfəsi” İctimai Birliyi və "MY Prodoction”un birgə əməyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Teymur Nəcəfin rejisiorluğu və senarisi əsasında çəkilir. Paytaxtda cərəyan edən hadisələrin sonu ölkənin mənafəeyinin qorunmasına yönəlib. Film narkotik satışı, insan alveri, silah alveri və antik əşyaların qanunsuz satışı ilə məşğul olan kriminal qrupdan bəhs edir. Bu qanunsuzluğun qarşısını alan dövlətin güc strukturları operativ şəkildə öz bədii əksini tapır. Film mart ayında kinoteatrlarda nümayiş etdiriləcək.

İcmal.Az

RƏYLƏR