Azərbaycanda yeni federasiya yaradılır

OXUNUB: 1200 İDMAN

Azərbaycan Dünya Boks Şurasının (WBC) sayca 166-cı üzvü seçildi.

Bunu WBC-nin prezidenti Maurisio Süleymanjurnalistlərə açıqlamasında deyib.

O, ölkəmizi bu təşkilata üzv seçilməsi münasibətilə təbrik edib. M.Süleyman Azərbaycanın Dünya Boks Şurasının 55-ci konvensiyasına ev sahibliyi etməsinə görə ölkə prezidentinə təşəkkür edib: "İlham Əliyevlə söhbət zamanı onda idmana olan marağı gördüm. Bu, ölkədə idmanın inkişafı üçün müsbət təsir göstərəcək”.

Daha sonra o bildirib ki, yaxın zamanlarda Azərbaycanda WBC üzrə peşəkar Boks Federasiyası yaradılacaq.

Bundan başqa, Azərbaycanda WBC kəməri uğrunda döyüşlərin keçirilməsi planlaşdırılır. Bununla bağlı promouterlərlə danışıqlara başlanılıb./oxu

İcmal.Az

RƏYLƏR