Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı – BNEWS.az

OXUNUB: 209 Seçilmiş Önəmli index-manşet
Bu barədə saytımıza yeni yaradılan portalın baş redaktoru, tanınmış internet-media eksperti Səbuhi Abbasov məlumat verib: "BNEWS.az saytı 2018-ci ilin yanvar ayında təsis edilib. BNYUS MMC tərkibində fəaliyyət göstərən BNEWS.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılacaq. Bundan başqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazılar işıqlandırılacaq. Redaksiyada və internet saytda «qaynar-xətt» fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. Bu gün regionda və dünyada baş verən proseslərin fonunda informasiya savaşında iştirak etmək, məlumatların obyektiv və qərəzsiz dərcinə nail olmaq əsas hədəflərimizdəndir. BNEWS.az informasiya portalı olaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını və özəl şirkətləri aktiv əməkdaşlığa dəvət edirik.

RƏYLƏR