Azərbaycanda yenidən məmur həbsi ola bilər: Nəticə çıxarmayanlar var

OXUNUB: 1040 index-manşet SOSİAL

Məmur həbslərinin yeni mərhələsi başlaya bilər. 

7News.Az xəbər verir ki, ekspertlərin fikrincə, ölkə başçısı İlham Əliyevin Ağcəbədi rayonunda "ASAN Həyat” kompleksinin açılışında etdiyi yeni həbslərin bunu anonsudur. Məlumat üçün deyək ki, dövlət başçısı çıxışında məmur özbaşınalığı ilə bağlı ona siqnallar gəldiyini bildirib. 

"Biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var.

Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”, - deyə Prezident vurğulayıb.

Bu çıxışa qədər Dövlət Təhlükəsizlik Xidməti (DTX) dörd rayonun icra hakimiyyətində, daha sonra Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində (DSX) xüsusi əməliyyatlar keçirib. Əməliyyatlar nəticəsində Ağstafa, Neftçala, Biləsuvar və İmişlinin icra başçıları vəzifə başında həbs edilib. Onlarla yanaşı icra hakimiyyətlərinin başqa vəzifəli şəxsləri də məsuliyyətə cəlb olunub. Mədəniyyət Nazirliyi və DSX-da keçirilən əməliyyatlara gəlincə, hər iki qurumun müavin səviyyəsində yüksək vəzifəli şəxsləri həbs edilib. 

Bu həbslərə qədər İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib. Hakimiyyətin 2108-ci ildən başlayaraq köklü islahatlara start verdiyini bildirib. Məmurları dövrün müasir tələblərinə uyğun fromada fəaliyyət göstrəməyə çağırıb. Lakin həbslər göstərib ki, bu çağırışların faydası olmayıb. Dövlət başçısı hər dəfə məmur həbsi baş verəndə məsələyə münasibət bildirərək, heç kimə güzəşt edilməyəcəyini bəyan etsə də, yenə də bəzi vəzifli şəxslər xəbərdarlıqları qulaqardına vurub və ənənəvi formada fəaliyyətlərini davam etdiriblər. Onların bu arxayınlığı növbəti əməliyyatlara və həbslərə səbəb olub.

Ölkə başçısının Ağcəbədidə etdiyi çıxışdan görünür ki, hələ də həbslərdən nəticə çıxarmayan məmurlar var. Böyük ehtimalla yaxın vaxtlarda onlar da cəzalandırılacaq. Həmçinin, İlham Əliyevin çıxışından aydın olur ki, dövlət başçısı bu prosesə cəmiyyəti də səfərbər etməyə çalışır. Prezident "mütləq ictimai nəzarət olmalıdır”, "hər bir siqnal araşdırılacaq”  deməklə məhz bunun anonsunu verir. Onun əminliklə "biz korrupsiyaya qalib gələcəyik” söyləməsi də cəmiyyətin bu məsələdə fəallığına inamının təzahürüdür.

 

RƏYLƏR