Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlandı

OXUNUB: 905 İQTİSADİYYAT

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi  2017-ci ilin ilk 5 ayında (yanvar-may) ölkəyə gələn turistlərin statistikasını açıqlayıb. 

Hesabat dövründə Türkiyəyə Rusiya, Almaniyaya, İraq, Venezuela, Sinqapur, Hollandiya, Avstraliya, və Meksika daxil olmaqla 100-dən çox ölkədən ümumi 8 milyon 762 min 509 turist gəlib. 

Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,55 faiz artım deməkdir. 
Turistlərin milliyyətinə gəlincə, ilk sıranı yenə ruslar zəbt ediblər. Bu ilin ilk 5 ayında Rusiyadan Türkiyəyə 928 min 376 nəfər turist gəlib. 

Gürcüstandan 874 min 955, Almaniyadan  863 min 572, Azərbaycandan 243 min 421, İraqdan 239 min 996 turist Türkiyəyə səfər edib.

Gələn turistlərin 10.59 faizibi ruslar, 9.99 faizini gürcülər, 9.86 faizini almanlar təşkil edib. 

 

İcmal.Az

RƏYLƏR