Azərbaycanın dəyərli ziyalısı İsmayıl Vəliyevin 70 illik yubileyidir – PROFESSOR HAQQINDA (FOTOLAR)

OXUNUB: 942 MƏDƏNİYYƏT

7NEWS.az xəbər verir ki, yazıçı, publisist, şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor İsmayıl Ömər oğlu Vəliyev 1951-ci il martın 18-də Ermənistan SSR-nin Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olub. Bakıda 8 nömrəli texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra "Leninneft" trestinin Neft və Qazçıxarma İdarəsində elektrik montyoru peşəsində çalışıb.

İsmayıl Vəliyev bədii yaradıcılığa 1965-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc etdirdiyi kiçik sənədli hekayə ilə başlayıb. "Zəka" radio elmi proqramının da uzun illər ssenari müəllifi və aparıcısı olub. "Ata yurdu" verlişi uzun müddət onun müəllifliyi və aparıcılığı ila efirə gedib.

O vaxtdan uşaqlar üçün şeir və hekayələr yazmış, "Pioner" jurnalında və başqa mətbuat orqanlarında xeyli nağıl və hekayələri dərc olunmuşdur. Onun uşaq hekayələri beynəlxalq təşkilatların mükafat və qrantlarına layiq görülüb. Qədim şumerlərin məşhur "Bilqamış dastanı"nı, "Avesta"dan parçaları, Qədim Misir ədəbiyyatı nümunələrini, türk, rus, bolqar, litva, ukrayna, türkmən və başqa dillərdən bir sıra elmi və bədii əsərləri ana dilimizə tərcümə edib. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsidə təhsil alıb. 1971-ci ildən Azərbaycan Radio və Televiziyası ilə əməkdaşlıq edib.

10 ilə yaxın müddətdə məşhur "Bulaq" folklor verlişinin daimi müəlliflərindən biri olub. Onun hazırladığı verlişlərin bir çoxu radionun "Qızılfond"unda saxlanılmaqdadır. 1975-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında korrektor və kənd təsərrüfatı ədəbiyyatı şöbəsində aparıcı redaktor vəzifəsində işləyib. 1976-cı ildə Moskva Poliqrafiya İnstitutunda baş redaktor və redaksiya müdirlərinin ixtisasartırma kursunda oxuyub. 1978-ci ildən "Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq publisistika redaksiyasında redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasında müdir vəzifəsində çalışıb. 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1984-1987-ciillərdə Marksizm-Leninizm Universitetində çağdaş siyasət və ideologyiyadan mühazirələr oxuyub. 1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarətiİşləri Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, 1983-cü ildə "Ədəbi portret: onun funksiyası və tipologiyası"mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1984-cü ildən pedaqoji fəaliyyət də göstərib. 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin mətbuat məsələləri üzrə müavini vəzifəsində işləyib. 1985-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. O, həmçinin Dövlət Dil Komissiyasının, Toponomiya Komissiyasının, Füzuli adına Dövlət Mükafat Komissiyasının da üzvü olub. 1989-1991-ci ildə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında baş redaktorun birinci müavini 1991-ci ildə baş redaktor 1991-1992 ci ildə Azərbaycan-Türkiyə birgəmüəssisəsi "Göytürk" Nəşriyyat, Poliqrafiya və Ticarət Şirkətinin Baş direktoru 1993-cü ildən 2004-cü ilin aprelinədək "AzərbaycanEnsiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin Baş direktoru və Baş redaktoru vəzifəsində çalışıb. Böyük türkmən şairi Məhtimqulunun "Qəm seli" kitabı onun tərtibi və tərcüməsi ilə 1984-cü ildə nəşr olunub. Onun tərcüməsi ilə Qaracaoğlanın "Aramızda qarlı dağlar dayanıb" adlı şeirlər kitabı 1991 və 2006-cı illərdə nəşr olunub. Qədim Şərq ədəbiyyatı və mifologiyasına, qədim yazılara və dillərə maraq İsmayıl Vəliyevi şumerlərin "Bilqamış" dastanını tərcümə etməyə sövqedib. İ.Vəliyevin tərcüməsi ilə həmin dastan bir neçə dəfə (1985, 1999) nəşr olunub. Onun tərcümə etdiyi "Avesta"dan parçalar "Ana kitabələr" (1996) və"Qədim Şərq ədəbiyyatı" (1999) toplularında işıq üzü görüb. Onun redaktəsi və rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq fundamental həcmdə "Qədim Şərq ədəbiyyatı" kitabı çap edilib. Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradıcılarından biri və sədrin birinci müavini olub. Əsərlərinin bir qismi ingilis, alman, türk, ukrayna,rus və ərəb dillərinə tərcümə olunub. O, xarici ölkələrdə Almaniya, Macarıstan, Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdə keçirilmiş elmi konfranslarda məruzələrlə çıxışlar edib. İsmayıl Vəliyev Qafqazda və keçmiş Sovetlər Birliyi məkanında baş verən siyasi hadisələr, milli münaqişələr, qaçqınlıq problemi və onların həlli yolları, insanhüquqları, müasir konfliktologiya məsələləri, (Video) SSRİ-nin dağılması prosesi və onunla bağlı bölgədə və dünyada baş verən hadisələrin elmi-nəzəri təhlili ilə bağlı çoxsaylı əsərlərin müəllifidir. Qarabağ mövzusu İsmayıl Vəliyevin elmi və publisitik yaradıcılığının əsas istiqamətlərindən biri olub. Onun bu mövzuda "Deportasiya", "Dünya susur, tarixsusmur",

"Burulğanlar içində", "Qaçqınlıq", "Qara gündəlik" adlı kitabları, yüzə yaxın məqaləsi işıq üzü görüb. ölkəmizdə kitab nəşri və yayımı, mətbuat məsələləri ilə də davamlı məşğul olan şəxslərdən olub.

Beynəlxalq kitab sərgi və yarmarkalarında dəfələrlə ölkəmizi təmsil etmiş, mükafatlar almış, elmi seminar və simpoziumlarda elmi-nəzəri və praktiki məsələlərə hərs olunmuş məruzələrlə çıxışetmişdir.

1995-ci ildə ictimai-siyasi mövzuda yazdığı publisistik əsərlərə görə Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatına, 1997-ci ildən Bakı Dövlət Universitetində dərs deyib. "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının professoru olub. "Ədəbi-bədii və uşaq kitablarının redaktəsi", 1998-ci ildə uşaq hekayələrinə görə Açıq Cəmiyyət İnstitutu - Beynəlxalq Soros fondunun qrantına layiq görülmüşdür. 1999-cu ildə İsmayıl Vəliyevin "Ədəbiyyatda insan konsepsiyası, tarixi təşəkkülü və inkişaf mərhələləri" mövzusunda monoqrafiyası nəşr edilib. 1989-cu ildən 2004-cü ilədək Ensiklopediyaya Nəşriyyat-Poliqirafiya Birliyində çalışmışdır.

"Qısa iqtisadi lüğət", "Hüquq Ensiklopedik lüğəti", "Azərbaycan soraqçısı" (Azərbaycanvə rus dillərində), "Fəlsəfə ensiklopedik lüğəti", "Dünya xalqları", "Dünya dövlətləri", "Dünya dinləri",

"Şəfa ensiklopediyası", "Kütləvi tibb ensiklope-diyası", "Azərbaycan toponimləri ensiklopedik lüğəti" və digər bu kimi iri həcmli,mühüm əhəmiyyətli ensiklopedik kitablarınv çapını təmin etmişdir. 2001-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. İsmayıl Vəliyev 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Xarici Ölkələr Ədəbiyyatı və Ədəbi Əlaqələr şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. O, 45-a yaxın kitabın, 400-dən çox elmi, 500-dən çox elmi və publisistik məqalənin, elmi məruzə və çıxışın müəllifi, 9 kitabın tərcüməçisidir.

Həyatını Azərbaycan elminin və mədəniyyətinin inkişafına həsr etmişdir. 9 dekabr 2017-ci ildə Bakı şəhərində vəfat edib. Bu gün böyük alimimizin 70 illik yubileyidir!




















RƏYLƏR