Azərbaycanın ən sevilən aparıcıları – SORĞU

OXUNUB: 738 SOSİAL

Ötən həftənin yadda qalan hadisələrindən biri də Azərbaycanda televiziyanın 61, radionun yaranmasının isə 91 ilinin tamam olmasıydı. Qeyd edək ki, Azərbaycan radiosu fəaliyyətə 1926-cı il noyabrın 6-da başlayıb. Bakı Televiziya Studiyası isə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir.

Bəs Bakı sakinləri yerli TV kanalları izləyirmi? Onların sevimli aparıcıları kimlərdir?

"ACT Azərbaycan” sorğunun nəticələrini açıqladı.

Mövzu ilə bağlı fikri öyrənilmiş 400 respondentin beşdə biri (20%) qəribə olsa da, yerli televiziya kanallarının simalarını tanımadıqlarını bildiriblər. Sualı cavablandırmaqda çətinlik çəkənlər də yetəri qədərdir (18 %).

Bəyənilən TV aparıcılar isə bunlardır :

Zaur Baxşəliyev - 12 %

Zaur Kamal - 5 %

Mətanət Əliverdiyeva - 4 %

Xoşqədəm Hidayətqızı - 4 %

İlkin Həsəni - 2 %

Afaq Gəncəli - 2 %

Vüsalə Əlizadə - 2 %

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir./oxu

 

İcmal.Az

RƏYLƏR