Azərbaycanın ən yaxşı tabor komandiri kim olacaq? – FOTO

OXUNUB: 658 SİYASƏT

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir.

Bu barədə İcmal.Az-a Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yarışlar çərçivəsində Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən "Qaraheybət” Təlim Mərkəzində "Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.

Hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də, praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda, zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları da qiymətləndirilib.

Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar.

Yarışların nəticələri obyektiv qiymətləndirilərək müəyyən edilmiş qaliblər mükafatlandırılmaları üçün yuxarı komandanlığa təqdim ediləcək.

 

İcmal.Az

RƏYLƏR