Azərbaycanın Göyçədən İrəvana hücum edəcəyi gün

OXUNUB: 965 SİYASƏT

Ermənilər Rusiya hərbi bazasını çıxarmağa hazırlaşır

Rusiya narıncı inqilabdan sonra ilk dəfə olaraq Ermənistanın yeni  hakimiyyəti barədə sərt ifadələr işlədib və bu, iki ölkə arasındakı böyük uçurumun başlanğıcı sayıla bilər.


Lavrovun əsas narazılığı Nikol Paşiyanın öz rəqiblərinə - Rusiyaya sadiq siyasətçilərə sərt divan tutması ilə bağlı olub. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsinə etiraz bildirən Sergey Lavrov deyib: "Hadisələr Ermənistanın yeni rəhbərliyinin bir az əvvəl özündən əvvəlkilərə qarşı siyasi motivlərlə təqib təşkil etməyəcəyi barədə verdiyi vədlərə uyğun gəlmir”.İstiPress-in məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov dünən jurnalistlərlə söhbətində ilk dəfə olaraq Nikol Paşiyanın komandası barədə barədə sərt ifadələr işlədib.


Lavrovun əsas narazılığı Nikol Paşiyanın öz rəqiblərinə - Rusiyaya sadiq siyasətçilərə sərt divan tutması ilə bağlı olub. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsinə etiraz bildirən Sergey Lavrov deyib: "Hadisələr Ermənistanın yeni rəhbərliyinin bir az əvvəl özündən əvvəlkilərə qarşı siyasi motivlərlə təqib təşkil etməyəcəyi barədə verdiyi vədlərə uyğun gəlmir”
Erməni KİV-lərinin bəziləri 2009-ci ilin 1 mart hadisələrinə görə həbs edilmiş Robert Koçaryanın dinc nümayişi atəşə tutmaq üçün verdiyi əmrinin arxasında Rusiyanın durduğunu və məhkəmə posesində 10 nəfərin ölümünün əsas baiskarının Kreml olduğunun açılacağına iddia edir. Amma bu cür iddialar gülüncdür. Hər halda, Rusiya 1200 illik dövlətçilik ənənəsinə malik ölkədir və bu cür "beynəlxalq fəaliyyət" zamanı iz buraxmamaq praktikasına çoxdan yiyələnib.

Moskvanı narahat edən başqa məsələdir - Paşinyanın dedikləri ilə əməlləri üst-üstə düşmür. Bu, o deməkdir ki, Nikol Paşiyanın Rusiya və 102-ci rus hərbi bazasının Ermənistanın təhlükəsizliyi üçün vacibliyi barədə etdiyi açıqlamalar sadəcə Kremlin başının altına yastıq qoymaq üçün istifadə edilən blefdir. Paşinyan Ermiənistan NATO-ya üzv etməyə çalışır və bu istiqamətdə addım-addım irəliləyir. Məsələn, Ermənistan KTMT üzvü olduğu halda NATO-nun avqust ayında Gürcüstanda keçiriləcək "Nobel Partner” manevrlərinə qoşulacaq. Həmçinin, Ermənistanda 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı kampaniya başlayıb. "EurAsia Daily” portalının yazdığına görə, "Facebook” sosial şəbəkəsində başlamış bu kampaniyaya Nikol Paşiyanın ən yaxın adamları - baş nazirin müavini Ararat Mirzoyan, hökumət üzvü Daniel İonisyan və onların həmkarı Karpis Paşoyan rəhbərlik edir. Belə görünür ki, onlar müdafiə naziri David Tonoyanın bu günlərdə Rusiya hərbi bazasının statusu məsələsinə yenidən baxılmasının vacibliyi barədə verdiyi bəyanata sosial baza hazırlayırlar. Bu isə o deməkdir ki, Nikol Paşiyan özü dediyi kimi Gümrüdə və İrəvanda yerləşən Rusiya hərbi bazasına gec-tez çıxarmağa çalışacaq. Bir məsələ var ki, istər İrəvan, istərsə də Gümrü olsun, bu şəhərlərin təhlükəsizliyi məhz Rusiya hərbi bazasının hesabına təmin edilir. Ermənistanın öz hərbi qüvvələri əksəriyyəti Qarabağdadır. Hətta Azərbaycanın Gədəbəy rayonu ilə üzbəüz yerləşən Göyçədəki hərbi hissələr belə Zod tərəfdə, yəni Kəlbəcərə yaxın yerləşib və İrəvanla Gədəbəyə arasında ciddi hərbi qüvvə yoxdur.

Yəni İrəvandakı rus hərbi bazası qalxarsa, Azərbaycan ordusu Göyçədən girərək bir neçə saata İrəvana çata bilər.  Aviasiya bi məsələdə xüsusi yararlı ola bilər, çünki Ermənistan ordusu aviasiya baxımından çox zəifdir. 

Amma Paşiyan belə bir nəticədən yayına da bilər. O, Madrid prinsiplərinə əmələ edərək Qarabağ ətrafı rayonları Azərbaycana qaytara bilər və keçmiş muxtar vilayətin statusu barədə Helsinki prinsiplərinə uyğun, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqları davam etdirə bilər. Hiss olunur ki, Paşiyan bu varianta hazırlaşır və keçmiş partiya yoldaşı Zoya Tadevosyanın erməni cəmiyyəti üçün bu günkü riskli bəyanatı buna hazırlıqla bağlıdır. Zoya Tadevosyan dünən erməni curnalistlərə Ermənistan ordusunun işğal etdiyi ərazilərin Azərbaycana məxsus olduğunu və onları geri qaytarmağın vacibliyini bildirib. Bu, Ermənistanda soyuq duş effekti yaradıb.          

 

İcmal.Az

RƏYLƏR