Azərbaycanın kredit reytinqi təsdiqləndi

OXUNUB: 1025 İQTİSADİYYAT

"Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini əvvəlki səviyyədə təsdiq edib.

Müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq, Azərbaycanın müstəqil kredit reytinqi "Ba1”, reytinq üzrə proqnoz isə "neqativ” səviyyəsində saxlanılıb.

Xatırladaq ki, agentlik Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3”-dən "Ba1”-ə endirib, reytinq üzrə proqnozu isə "stabil” saxlayıb. 

Ötən il aprelin 29-da isə kredit reytinqi üzrə proqnoz "neqativ”ə endirilib. Bu il fevralın 12-də isə agentlik Azərbaycanın reytinqinə bir daha baxıb və onu sabit saxlayıb./report

 

İcmal.Az

RƏYLƏR