“Azərbaycanın mədəni müxtəlifliyi” mövusunda I turu başa çatıb

OXUNUB: 157 QHT

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələrinə əsasən "Sosial, İqtisadi və Elmin İnkiafına Dəstək” İctimai Birliyinin "Azərbaycanın mədəni müxtəlifliyi” mövusunda Şəmkir rayon kənd məktəbliləri arasında Nə? Harada? Nə zaman? intellektual yarışmasının təşkili layihəsi ilə qalib olmuş, "Zəka” Gənclərin İntellektual İnkişaf və yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə layihənin I turu başa çatmışdır.

Layihə çərçivəsində Şəmkir rayon kəndlərində fəaliyyət göstərən 6 orta ümumtəhsil məktəbinin komandalarının iştirakı ilə yarış baş tutub.

Gərgin mübarizə ilə keçən yarışın yekunlarına əsasən Şiştəpə kənd tam orta məktəbin Evrika komandası, İrmaşlı kənd Vüqar Alırzayev adına 1 saylı tam orta məktəbin "Lider” komandası, Kür qəsəbə İ. Aznaurov adına tam orta məktəbin "Koroğlu” komandası, Qaracəmirli kənd Cəlil Bayramov adına 2 saylı tam orta məktəbin "Şəmkir” komandası, Düyərli kənd 2 saylı tam orta məktəbin "Qalaktika” komandası, Zaur Abbasov adına Dəllər-Qəsəbə tam orta məktəbin "MTS” komandası final mərhələyə vəsiqə qazanıblar.

Qalib olan komandalara sertifikat və kubokla təltif olunacaq.



RƏYLƏR