Azərbaycanın milli avtomobil brendinin dizaynı hazırlandı – FOTO

OXUNUB: 1024 SOSİAL

Bir qrup azərbaycanlı gənc iki ildən çoxdur ki, üzərində işlədikləri "Azerant Buta” adlı avtomobil modelinin dizaynını hazırlayıb.

İcmal.Az Fins.az-a istinadən xəbər verir ki, "Azerant Buta” avtomobil modelinin layihə rəhbəri Ramil Nəcəfov, modelin müəllifi və dizaynı Azər Abdullayev, animatoru Ümid Ağaquluyevdir.

Gələcəkdə yerli avtomobil sənayesinin qurulmasını arzulayan gənclər bu işə kiçik də olsa töhfə vermək qərarına gəliblər. Belə ki, onlar hazırladıqları avtomobili məhz "Buta” adlandırıblar.

Onlar bununla Bakıda keçiriləcək "Formula-1” Qran-pri yarışları zamanı ölkəmizə gələcək avtomobil dilerlərinin və təmsilçilərinin diqqətini çəkmək istəyirlər. Həmçinin gənclər bu modeli bir sıra sərgilərdə, o cümlədən avtomobil dizayn yarışlarında da nümayiş etdirməyi planlaşdırırlar. Bu işdə isə onlara dəstək lazımdır.

"Azerant Buta” modelinin ön, yan və arxa hissələri milli ornamentimiz olan buta naxışları ilə bəzədilib. "Azerant” avtomobilinin loqosunda gerbimiz, səkkizguşəli ulduz əks olunub. Ön hissədə radiator barmaqlıqları Şirvanşahlar sarayının qala divarlarındakı şəbəkə naxış dizaynı əsasında işlənib.

Həmçinin avtomobilin ön fənərlərində, gündüz işıqlanmasında buta naxışından istifadə edilib. Yeni model aerodinamik və modern üslubdadır.

Avtomobilin texniki göstəricilərinə gəldikdə, bu barədə mühəndislər qərar verə bilərlər.
Gənclər yeni layihələrinə mühəndis və mütəxəssis rəyləri də almaq fikrindədirlər.

 

İcmal.Az

RƏYLƏR