Azərbaycanın müdafiə xərcləri artırıldı

OXUNUB: 591 SOSİAL

2018-ci il dövlət  büdcəsinin müdafiə sektoru üzrə xərcləri artırılıb. 

İcmal.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xərclər 2.738.721.836  manatdan 2.905.221.836 manata çatdırılıb. 

Bununla yanaşı, səhiyyə xərcləri 740.661.296  manatdan 739.334.330,0 endirilib. 

 

Həmçinin Prezidentin Ehtiyat Fondu 200.000.000,0 manatdan 304.000.000 manata, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri 654.946.388 manatdan  658.605.431 manata, hüquq mühafizə sektrounun xərcləri 974.751.945 manatdan  1.004.451.945 manata, təhsil xərcləri 2.001.498.015  manatdan  2.043.989.508 manata çatdırılıb.

İcmal.Az

RƏYLƏR